Qalatasaraydan çılğın əməliyyat!



 14:30 24.01.2024     180

Səudiyyə Ərəbistanının "Əl İttihad" komandasında gözlədiyini tapa bilməyən dünyaca məşhur hücumçu Kərim Benzema ilə "Qalatasaray" maraqlanıb.

Demedia.az xəbər verir ki,Sarı-qırmızılar fransalı hücumçunu icarəyə götürmək istəyir.Ərden Timur Kərim Benzema ilə müqavilə bağlamaq üçün "Əl İttihad"la ilk təması qurmağa hazırlaşır. Mövsümün sonuna qədər fransız hücumçunu icarəyə götürmək istəyən sarı-qırmızılar Benzemanın müqaviləsində bu vəziyyətə uyğun variantın olub-olmadığını araşdırır.. Keçirdiyi əfsanəvi mövsümlərdən sonra "Əl-İttihad"a transfer olunan Kərim Benzema Real Madriddə bu mövsüm Səudiyyə Ərəbistanı komandasında 12 qol vurdu.O, 5 məhsuldar ötürmə ilə çıxış etdi.