Netanyahu qarşı sanksiya çağırışları edilir


Fələstin İsrailə və şəxsən ölkənin baş naziri Binyamin Netanyahuya qarşı sanksiyaların tətbiqinə çağırır.
Demedia.az xəbər verir ki, bunu Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib.
"İsrailin Fələstində edə biləcəklərinin sərhədləri olmalıdır. Cəzasızlığa son qoyulmalı, cavabdehlik olmalıdır. Əgər bu lazımdırsa, niyə sanksiyalar olmasın? Baş nazir Netanyahudan başlayaraq İsrailə və ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq."
Onun sözlərinə görə, döyüşləri dayandırmaq üçün İsrail “münasibətini dəyişməli, Fələstin ərazisinin işğal oluna biləcəyini, onun məhv edilə biləcəyini düşünməyi dayandırmalıdır”.
Riyad əl-Maliki deyib deyib ki, Fələstin Milli Administrasiyası Qəzza zolağında ilkin şərt olmadan daimi atəşkəs görmək istəyir.
Bahadur Seyidov