Türkiyədə həbsxanadan qaçan şəxs ailəsinin evini yandırdı
Türkiyənin Çanaqqala bölgəsində həbsxanadan qaçan şəxs ailəsinin evini yandırıb.
Demedia.az xəbər verir ki, həbsxanadan qaçan şəxs anası və bacısının yaşadığı evi yandırıb.Yanğınsöndürənlər evdə yanğını nəzarətə götürərkən həmin şəxs qonşu binadakı mənzilin eyvanına keçərək intihar edəcəyini deyib.
Polislər 8 saat müddətində onu eyvandan salmağa çalışıblar. Nəticədə, o intihar etməkdən imtina edib. O, yenidən polis bölməsinə aparılıb.
Bahadur Seyidov