Antoni Marsial mövsümü "Mançester Yunayted"də başa vuracaq



 18:00 24.01.2024     192

"Mançester Yunayted"in 28 yaşlı futbolçusu Antoni Marsial bıçaq altına düşüb.

Demedia.az xəbər verir ki, adı "Fənərbaxça" və "Qalatasaray"la hallanan fransız ulduz mövsümü İngiltərə komandasında tamamlayacaq.Fabrizio Romanonun xəbərinə görə, Marsial əməliyyatdan sonra mövsümü "Mançester Yunayted"də keçirəcək. Fransız ulduz İngiltərə komandası ilə müqaviləsini başa vurduqdan sonra komandanı transfersiz tərk edəcək.Marsial bu mövsüm "Mançester Yunayted"də 19 oyun keçirib. Fransız ulduz bu matçlarda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahadur Seyidov