"SpaceX"in mühəndisi qəzada dünyasını dəyişdi



 20:02 24.01.2024     387

31 yaşlı SpaceX mühəndisi Yiğit Tokbey ABŞ-ın Kaliforniya ştatında yol qəzasında dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, Tokbey təxminən 10 ay idi ki, SpaceX-də baş buraxılış mühəndisi işləyirdi.

Kaliforniya Şose Polisinin (CHP) verdiyi məlumata görə, Santa Maria bölgəsində növbətçi olan zabitlər saat 21:23 radələrində məlumat alıblar. Polis hadisə yerində təhlükəsizlik zolağında dayanan Tokbeyin motosikletini və bir çox nəqliyyat vasitəsini aşkar edib.

“Biz bu ölümlə nəticələnən qəzaya düşmüş ola biləcək hər hansı avtomobilin müəyyən edilməsinə kömək etmək üçün vətəndaşlardan kömək istəyirik”, CHP-nin mətbuat şərhində deyilir.

American Medical Response tibb işçiləri Tokbeyin hadisə yerində öldüyünü elan etdilər. Qəzanın dəqiq səbəbləri hələ də araşdırılır.

Aysun / Demedia.az