Türkiyədə metroda qorxulu anlar - VİDEO



 23:48 24.01.2024     463

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Esenler Metrosunun Üçyüzlü stansiyasında eskalatorda çökmə baş verib.

Demedia.az xəbər verir ki,  Vətəndaşlar son anda xilas edilib.

Hadisə səhər saatlarında İBB-yə bağlı Esenler Üçyüzlü metrosunda baş verib. İddialara görə, vətəndaşlar eskalatordan istifadə edərkən eskalator nasazlıq səbəbindən dağılıb.

Bu sırada pilləkənlərdə olan vətəndaşlar böyük təhlükə ilə üzləşib. Hadisəni görən digər vətəndaşlar dərhal pilləkənlərdə olan vətəndaşların köməyinə qaçıb və hadisə barədə metronun təhlükəsizlik qruplarına məlumat verilib. Hadisə yerinə gələn qruplar eskalatoru bağlayarkən, pilləkən təhlükəsizlik baryeri ilə əhatə olunub.

Aysun / Demedia.az