İsveç NATO-ya üzv ola bilməsi Macarıstandan asılıdır - AÇIQLAMA


Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Stoltenberqlə telefon danışığı aparıb, mövzu Macarıstan olub.
Demedia.az xəbər verir ki, Orban Macarıstanın NATO-ya üzvlüyünü dəstəklədiyini bildirib:
“Mən Stoltenberqə Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqlədim. Həmçinin vurğuladım ki, biz Macarıstan Milli Assambleyasını İsveçin üzvlüyünün lehinə səs verməyə və ilk mümkün fürsətdə ratifikasiyanı yekunlaşdırmağa çağırmağa davam edəcəyik".
İsveç xarici işlər naziri Tobias Billström mətbuata verdiyi açıqlamada Macarıstan lideri Orbanın təklifinə münasibə bildirib:
"Hazırda danışıqlar aparmaq üçün heç bir səbəb görmürəm. Təbii ki, ümid etdiyimiz, Macarıstanın üzvlüyə tezliklə razılıq verməsidir”.
Xatırladaq ki, Türkiyə Böyük Millətlər Məclisi İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib.
Bahadur Seyidov