Səudiyyə Ərəbistanından İLK - Spirtli  içki satacaq



 23:45 24.01.2024     256

Səudiyyə Ərəbistanında ilk dəfə spirtli içkilərin satışına icazə verilib.

Demedia.az xəbər verir ki, paytaxt Ər-Riyadda açılacaq mağaza yalnız qeyri-müsəlman ölkələrin diplomatlarına satılacaq.

Müştərilər alış-veriş etməzdən əvvəl mobil telefonları vasitəsilə qeydiyyatdan keçəcək Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən icazə tələb olunacaq və müştərilər üçün aylıq kvota müəyyən ediləcək. Bu kvotanı aşmaq qaydaların pozulması  demək olacaq.

Yaxın həftələrdə səfirliklərin yerləşdiyi ərazidə spirtli içkilərin satıldığı mağazanın açılması planlaşdırılır. Müsəlmanlara mağazalarda alış-veriş etmək isə  qəti qadağan olunacaq.

 Qeyd edək ki, Səudiyyə Ərəbistanında spirtli içki içmək qadağandır. Qadağaları pozanlar yüzlərlə şallaq və ya həbslə cəzalandırıla bilər. İslahatlar çərçivəsində son vaxtlar qamçı cəzaları həbs cəzasına çevrilib.

Bahadur Seyidov