Almaniya əcnəbiləri hərbi xidmətə çağırmağa hazırlaşır



 09:07 25.01.2024     263

Almaniyada silahlı qüvvələrdəki kadr çatışmazlığını aradan qaldırmaq üçün alman pasportu olmayanların hərbi xidmətə çağırılacağı müzakirə olunur.

Demedia.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Tagesspiegel” qəzetinə verdiyi açıqlamada, Almaniya ordusuna əcnəbilərin cəlb edilməsi təklifinin ekspertlər tərəfindən gündəmə gətirildiyini və məsələnin lazımi diqqətlə idarə edildiyini bildirib.

Bildirilib ki, Ana müxalifətdə olan Xristian Demokrat İttifaqı partiyası və onun hökumət tərəfdaşı Azad Demokratik Partiyası əcnəbilərin orduya cəlb oluna bilməsi təklifinə müsbət yanaşır.

Bahadur Seyidov