Tramp ilk səsvermədən qalib ayrıldı 



 09:31 25.01.2024     273

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə Respublikaçılar Partiyasının prezidentliyə namizədini müəyyən etmək üçün keçirilən ilkin seçkilərdə qalib gəlib.

Demedia.az xəbər verir ki, yanvarın 15-də Ayova ştatında Respublikaçılar Partiyasının ilk ilkin seçkiləri keçirilib və Tramp 51 faiz səs toplayaraq ilk qələbəsini qazanıb.

Onun rəqibi, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 43,1 səslə məğlub olub.

Qeyd edək ki,  bu ilin Amerika Birləşmiş Ştatlarında 5 noyabr tarixində prezident  seçkisi  keçiriləcək.

Bahadur Seyidov