İsrailli məhbusların yaxınları nümayişlər keçirib



 10:21 25.01.2024     265

İsrailli məhbusların yaxınları və onlara dəstək verən qruplar Təl-Əviv və Qüdsdə nümayişlər keçirib.

Demedia.az xəbər verir ki, beş yüz nəfərlik qrup Təl-Əvivdə "Girovlar Meydanı" adlandırdıqları İsrail Muzeyinin qarşısındakı əraziyə toplaşıb. Onlar hökuməti məhbusların xilas edilməsi üçün razılaşmağa çağırıb. Qəzzada əsirləri geri qaytarmaq üçün İsrail hökumətindən Fələstin tərəfi əsir mübadiləsi anlaşması imzalamasını istəyən nümayişçilər tez-tez "Hal-hazırda" şüarları səsləndiriblər. Əllərində “girovları geri gətirin” yazılı lövhələr və əsirlərin fotoşəkilləri olan etirazçılar Müdafiə Nazirliyinin yerləşdiyi əraziyə doğru hərəkət edib. Bəzi etirazçılar isə Qərbi Qüdsdəki meydana toplaşaraq İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahının yerləşdiyi yerə doğru yürüş ediblər.

Netanyahunun iqamətgahı qarşısında qurduqları çadırlara gələn nümayişçilər hökumətə qarşı da oxşar tənqidlər səsləndirib və Qəzzada əsirlərin xilas edilməsini tələb ediblər.

Bahadur Seyidov