Misir prezidenti Netanyahunun telefon zəngi tələbini rədd edib



 11:25 25.01.2024     268

İsrail mediası Misir prezidenti Əbdülfəttah əs-Sisinin İsrailin baş naziri Binyamin Netanyahunun telefon zəngi tələbini rədd etdiyini bildirib.

Demedia.az xəbər verir ki, İsrail Baş nazirliyi ölkənin Milli Təhlükəsizlik Şurası vasitəsilə Misir prezidenti Sisi ilə Netanyahu arasında telefon danışığı təşkil etməyə çalışsa da, bu tələb Sisi tərəfindən rədd edilib. İsrail mediasının məlumatına görə, Sisinin telefon danışığı tələbini rədd etməsinin İsrailin Qəzzaya hücumlarının sona çatmasından sonra Misir-Qəzza sərhədinə kimin nəzarət edəcəyi ilə bağlı gərginliklə bağlıdır.

Məlumata görə, İsrail Misirin Qəzza ilə sərhədinə nəzarət etmək istəyir.

Bahadur Seyidov