İranla yeni sərhəd qapılarının açılması... - Ərdoğan



 13:00 25.01.2024     367

Türkiyə-İran Biznes Forumunda açıqlama verən prezident Ərdoğan deyib ki, iki qonşu ölkə olaraq İranla ticarətimizin inkişafı üçün sərhəd bölgələrindəki fəaliyyətlərə və oradakı infrastruktura xüsusi önəm veririk.

Demedia.az xəbər verir ki, Ərdoğan vurğulayıb:

"Modernləşmə işləri bitdikdən sonra Gürbulak qapısı tamamlandı, Gürbulak yüksək tutumla xidmət göstərəcək. İranla yeni sərhəd qapılarının açılması da gündəmimizdədir".

O, Türkiyə ilə İran arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkən prezident Ərdoğan yeni sərhəd qapılarının açıla biləcəyinə işarə edib.

Bahadur Seyidov