Türkiyəyə F-16-ların satışı ilə bağlı diqqətçəkən AÇIQLAMA



 13:30 25.01.2024     404

İsveçin NATO-ya üzvlük protokolunun təsdiqini məqsədəuyğun hesab edən qanun layihəsi ötən gün Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Türkiyəyə F-16-ların satışı ilə bağlı diqqətçəkən açıqlama verib.

Nazirlikdən verilən açıqlamada, "Bayden administrasiyası Türkiyənin F-16 donanmasını modernləşdirməsini dəstəkləyir. Bununla belə, Konqres bu prosesdə əsas rola malikdir". Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında İsveçin Şimali Atlantika Müqaviləsinə (NATO) qoşulmasına dair Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirələri yekunlaşıb. Danışıqların sonunda səsvermədə iştirak edən 346 deputatdan 287-nin səsi ilə təklif qəbul edilib və qanun qüvvəyə minib. 55 deputat təklifə "rədd", 4 deputat isə "bitərəf" səs verib.İngiltərənin Reuters xəbər agentliyi məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən Bayden administrasiyasının F-16-ların Türkiyəyə satışını təsdiqləmək üçün Konqresə məktub göndərdiyini açıqlayıb.

Bahadur Seyidov