Braziliyada sel fəsadlar törətdi
Braziliyanın Rio-de-Janeyro şəhərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində bir həftə ərzində 12 nəfər ölüb.
Demedia.az xəbər verir ki, Rio-de-Janeyro şəhərinin meri Marselo Krivella mətbuata açıqlamasında bəzi şəhərlərdə 25 min insanın təxliyə edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.Crivella, fövqəladə vəziyyət elan etdiklərini xatırladıb. Crivella onlarla evin su altında qaldığını və təcili humanitar yardımın bölgələrə çatdırılacağını bildirib.
Qeyd edək ki, Rio-de-Janeyro şəhərində son illərdə yağan güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələri nəticəsində onlarla insan həyatını itirib.
Bahadur Seyidov