Yapon həkim NİŞİ xəstə insanları belə sağaldırdı - Beşinci qayda - Video



 11:32 25.01.2024     524

NİŞİNİN BEŞİNCİ QIZIL QAYDASI: əllərin və pəncələrin təması.

Arxası üstə döşəməyə uzanın. Bərk yastığı boynunuzun altına qoyun.Pəncələri və əlləri iç-içə yapışdırıb sıxın. Dizləri mümkün qədər yanlara gen açın. Əlləri sinə üzərində tutun. Məşqə başlayın. 1. Əl barmaqlarının ucunu bir-birinə sıxin – 10 dəfə. 2. Sağ əlin barmaqları ilə sol əlin barmaqlarını sıxın — 10 dəfə. İndi də əksinə, sol əlin barmaqlarını sağ əlin barmaqlarına sıxın - 10 dəfə. Sonra sağ əllə sol əli sıxın — 10 dəfə. Daha sonra əksinə edin. Sol əllə sağ əli sıxın - 10 dəfə.Yarıbükülmüş əllərin qıraqlarını 10 dəfə sıxın. 3. Bitişik əlləri başdan yuxarı uzadıb, qollarınızı tam açın, yavaş-yavaş, müqavimət göstərə-göstərə geri,qurşağacan qaytarın.Barmaqlar baş tərəfə tuşlanıb — 10 dəfə. Eyni hərəkəti əks istiqamətdə edin.Barmaqlar ayağa tuşlanıb – 10 dəfə. 4. Bitişik əlləri bədənə perpendikulyar şəkildə yuxarı qaldırıb qolları tam açın, havanı yara-yara baş tərəfdən ayağa tərəf aparın və müqavimət göstərə-göstərə geri qaytarın (sanki havanı qılınclayırsınız) – 10 dəfə. 5. Bitişik əlləri dik yuxarı qaldırıb endirin (elə bil havanı süngüləyirsiniz) – 10 dəfə. 6. Bitişik əllər sinə üzərində qalıb. Bitişik pəncələri 1 qarışa qədər aşağı aparıb, qaytarın – 10 dəfə. Bunu edərkən pəncələrin aralanmasına imkan verməyin. 7. Bitişik əlləri və bitişik pəncələri eyni vaxtda əks istiqamətdə uzadıb, çəkirsiniz. Qollar tam açılır. Pəncələr isə 1 qarışa qədər uzanır. Pəncələrin aralanmasına imkan verməyin. Elə bil, fəqərə sütununu dartıb uzatmaq istəyirsiniz: 10 dəfədən 61 dəfəyədək. Çox eləmək də olar. 8. İlkin məşqlərdən sonra əvvəlki vəziyyəti alın. Əllər sinədə antenna kimi dayanıb. Gözləri yumub, 5-10 dəqiqə «lotos» vəziyyətində sakit qalın. Dizlər yanlara tərəf mümkün qədər gen açılıb.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az