Baydenin çıxışı Fələstin tərəfdarı etirazçılar tərəfindən kəsilib



 12:05 25.01.2024     270

ABŞ Prezidenti Co Baydenin qatıldığı seçki tədbirindəki çıxışı Fələstin tərəfdarı etirazçılar tərəfindən kəsilib.

Demedia.az xəbər verir ki, Baydenin Virciniyada iştirak etdiyi seçki tədbirindəki çıxışı Fələstin tərəfdarı etirazçılar tərəfindən dəfələrlə kəsildikdən bir gün sonra paytaxt Vaşinqtonda da eyni hal baş verdi. Baydenin tədbirdəki çıxışı zamanı səslərini ucaldan etirazçılar Baydeni “Qəzzada atəşkəsə” çağırıblar.

Digər tərəfdən bir qrup etirazçı tədbirin keçirildiyi otelin qarşısına toplaşıb. Etirazçılar Fələstin bayraqları və Qəzzada dərhal atəşkəs tələbi ilə şüarlar səsləndiriblər.

Bahadur Seyidov