Husilər ABŞ-ın döyüş gəmisini bombaladı



 12:41 25.01.2024     262

​ Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ hərbi gəmisini vurduqlarını açıqlayıblar.

Demedia.az xəbər verir ki, husilərin Hərbi Sözçüsü Yəhya Seri belə açıqlama verib. O bildirib ki, həm Qəzzaya dəstək, həm də ABŞ və Böyük Britaniyanın Yəmənə hücumlarına cavab olaraq Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-ın döyüş gəmilərinə hücumlar edilib.

Bölgədə ticarət gəmilərini mühafizə edən ABŞ döyüş gəmiləri ilə qarşıdurmanın 2 saatdan çox davam etdiyini bildirən Seri, "ABŞ döyüş gəmilərindən birini vurduq və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdik" deyə bildirib.

Bahadur Seyidov