Mahmud Abbas David Cameronla görüşüb



 12:45 25.01.2024     276

Fələstin Prezidenti Mahmud Abbas Böyük Britaniyanın xarici işlər naziri David Cameronla görüşüb.

Demedia.az xəbər verir ki, Abbas və Kemeron Ramallahdakı prezidentlik binasında bir araya gəliblər. Tərəflər Fələstin torpaqları və Qəzza zolağında baş verən son hadisələri müzakirə ediblər. Mahmud Abbas Qəzza zolağındakı problemin hərbi yolla həllinin olmadığını deyib. Abbas bildirib ki, təhlükəsizlik və sülh iki dövlətli siyasi həll yoluna keçməklə əldə olunacaq.

Mahmud Abbas, "İsrailin Qəzza, İordan çayının qərb sahili və Qüdsdə xalqımıza qarşı hücumları dərhal dayandırılmalı və Qəzza zolağına humanitar yardımların çatdırılması sürətləndirilməlidir" deyə bildirib.

Bahadur Seyidov