İsrail qüvvələri İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqın edib



 12:53 25.01.2024     260

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqın edib.

Demedia.az xəbər verir ki, İsrail qüvvələrinin şəhərdə çoxlu sayda fələstinlinin evinə basqın edərək əşyalarına ziyan vurduğu bildirilib. Məlumata görə, şəhərin bir çox məhəlləsində Fələstin müqaviməti ilə İsrail qüvvələri arasında silahlı toqquşmalar olub, partlayış səsləri eşidilib.

İsrail əsgərlərinin 6 saatlıq basqından sonra Cenin şəhərindən və Cenin Qaçqınlar Düşərgəsindən geri çəkildiyi qeyd edilib.

Bahadur Seyidov