"Qalatasaray" bu oyunçunu da heyətinə qatmaq istəyir



 15:01 25.01.2024     188

Aralıq transfer dövrü üçün səylərini davam etdirən "Qalatasaray" "Reyncers"də çıxış edən Rıdvan Yılmazı heyətinə qatmaq istəyir.

Demedia.az xəbər verir ki, "Qalatasaray"ın Rıdvan Yılmaz transferini gələn həftənin sonuna kimi tamamlaması gözlənilir. Angelino ilə rəsmi yollar ayrıldıqdan sonra proses daha da sürətlənəcək.Rıdvan Yılmaz “Reyncers” forması ilə 22 rəsmi matçda iştirak edib. Milli sol cinah müdafiəçisi bu matçlarda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bahadur Seyidov