"Trabzonspor"un sabiq baş məşqçisi oyunçunu vurdu



 08:45 25.01.2024     181

Bundesliqanın 13-cü həftəsinin təxirə salınmış matçında "Bavariya" "Union Berlin"i 1:0 hesabı ilə məğlub edib.

Demedia.az xəbər verir ki, Matç zamanı “Union Berlin”in baş məşqçisi Nenad Bjelikanın “Bavariya”nın ulduzu Saneyə doğru hərəkəti insident yaradıb.

"Union Berlin"in baş məşqçisi Nenad Bjelica dəqiqədə meydandan kənara çıxan topu götürməyə gələn Saneni yumruqla vurub. Bjelikanın hərəkətindən sonra meydanda qarışıqlıq yaranıb və xorvatiyalı çalışdırıcı qırmızı vərəqə alıb.

Mövqe ilə bağlı danışan Bjelica, "Mən topu Leroy Saneyə vermək istədim və o, məni itələdi. Sonra səhv etdim" deyib.

Aysun / Demedia.az