Parkda gəzintiyə çıxdı və milyonçu oldu



 19:00 25.01.2024     795

Gəzməyə getdiyi parkda tapdığı əşya ilə zənginləşən turist qısa müddətdə dünya mətbuatında trend mövzusuna çevrilib.

Demedia.az xəbər verir ki, sözügedən turist hadisənin baş vermə üsulunu da açıqlayıb.

Parisdə yaşayan Julien Navas ABŞ-ın Arkanzas ştatına turist kimi gedib. Navas burada bir çox muzey və tarixi yerləri ziyarət edib, daha sonra Arkanzasın ən böyük parklarından biri olan dövlət parkını ziyarət edib. Nava Arkanzasa raket atışına şahid olmaq istədiyi üçün gəlib. Navas əvvəllər dünyanın müxtəlif yerlərində qızıl və ammonit qalıqları axtaran bir xəzinə ovçusu idi. Dövlət parkını ziyarət etdikdən sonra burada oxşar araşdırma aparmaq istəyən fransalı turist lazımi avadanlıqları əldə etdikdən sonra işinə başlayıb.

Bir neçə saat palçığı qazdıqdan sonra Navas yerdə parıldadığını görüb və parıldamanın nə olduğunu anlamaq üçün tapdığı “daş”ı səlahiyyətlilərə təhvil verib. Aparılan müayinələr nəticəsində obyektin 7,46 karatlıq almaz olduğu müəyyən edilib. 2020-ci ildən parkın ən qiymətli sərvəti olan bu almaz parkın tarixində səkkizinci olaraq qeydə alınıb.

Mövzu ilə bağlı açıqlama verən fransalı turist bunları deyib:

"Çox xoşbəxtəm, saatlarla palçıqda qazdıqdan sonra tapdım"

Digər tərəfdən Navas almazı ikiyə bölərək bir hissəsini həyat yoldaşına, digər hissəsini isə qızına verəcəyini bildirib. Almazın dəyəri 185 min dollar civarındadır.

Aysun / Demedia.az