Dünya bu xəbərlə çalxalanır - ABŞ İraqdan çəkilir?



 12:16 26.01.2024     259

Oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayandan Yaxın Şərq yenidən atəş halqasına çevrilib. Amerikanın İraq və Suriyadakı bazaları da hədəfdədir.

Demedia.az xəbər verir ki,  baş verənlərdən sonra ABŞ-nin Amerika əsgərlərini bölgədən çıxara biləcəyi irəli sürülüb.

İddia Amerika mətbuatındandır. CNN İnternational ABŞ və İraqın ölkədəki Amerika hərbi varlığının gələcəyini müzakirə edəcəklərini iddia edib.

Nəşr  yaxın mənbələrə əsaslanaraq bildirir ki, Bağdad rəhbərliyi 2021-ci ildən məsləhətçi vəzifədə olan 2500 ABŞ əsgərinin ölkədən çıxarılması üçün təzyiqləri artırıb.

Vaşinqton administrasiyası da bu məsələ ilə bağlı tezliklə danışıqlara başlamaq qərarına gəlib. Amerika diplomatları və hərbi rəsmilərinin mümkün geri çəkilmə danışıqlarında iştirak edəcəyi bildirilib.

Amerika mətbuatında təkcə İraqla bağlı deyil, Suriya ilə bağlı da oxşar iddialar var. Vaşinqtonda çıxan “Foreign Policy” jurnalı da Ağ Evin Suriyadan çəkilmə imkanını nəzərdən keçirdiyini yazıb.

Bahadur Seyidov