Azərbaycan Rusiyaya 4 milyon çox yumurta tədarük edib



 12:25 26.01.2024     254

Azərbaycandan Rusiyaya 612 min ədəd ərzaq yumurtasının daha iki partiyası idxal edilib.

Demedia.az TASS-a istinadən xəbər verir ki,  bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Bildirilib ki, ümumilikdə, yanvarın 25-nə Rusiya Federasiyası bu ölkədən 4,2 milyon ədəd yumurta alıb.

Qeyd edək ki, yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya sonrakı satış üçün 18,63 ton (306 min ədəd) həcmində ərzaq yumurtasının daha bir partiyası ixrac edilmişdi.

Bahadur Seyidov