Rusiya İl-76 təyyarəsinin qəzasından sorna cinayət işi açır -Terrorizm...
Rusiya Federasiyasının İstintaq Komitəsi Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğramasından sonra terrorizmlə bağlı cinayət işi açıb.
Demedia.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Məlumatda Rusiyanın İl-76-nın qəzaya uğradığı ərazinin müayinəsi təyyarənin Ukraynadan zenit raketi ilə hücuma məruz qaldığın bildirilib. İl-76 təyyarəsinin qara qutuları şifrənin açılmasına göndərilib.
Qeyd edək ki, yanvarın 24-də İl-76 təyyarəsi Belqorodda partlayıb, nəticədə 75 nəfər ölüb. Ölənlərdən 64-ü əsir götürülən Ukrayna hərbçiləridir.
Bahadur Seyidov