Putini  tənqid etdi,  həbs olundu



 12:14 26.01.2024     265

Rusiya prezidenti Vladimir Putini tənqid edən keçmiş polkovnik İqor Girkin “ekstremizmə çağırış” ittihamı ilə həbs edilib.

Demedia.az xəbər verir ki,  bu  barədə  Rusiya KİV-i məlumat yayıb.

 Putin və Rusiya müdafiə naziri Sergey Şoyqunu tənqid edən keçmiş polkovnik İqor Qirkin Moskva Şəhər Məhkəməsində hakim qarşısına çıxıb. Putin və Şoyqunun Ukraynada əməliyyatı “səriştəsiz” həyata keçirdiklərini deyən Girkin məhkəmə tərəfindən “ekstremizmə çağırış” ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Girkin ötən ilin iyul ayında Rusiya kəşfiyyatı tərəfindən "ekstremist" çıxışlarına görə saxlanılıb. Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən və ölkədə mühüm müharibə blogerlərindən biri olan Girkin Rusiya ordusunun Ukraynadakı əməliyyatlarını tənqid edib. O, nəzarətə götürülməzdən əvvəl yazdığı yazıda bildirib ki, Rusiya 6 il daha mövcud olan hakimiyyətə tab gətirə bilməyəcək.

Bahadur Seyidov