Bayden İranın dəstəklədiyi milis qruplarına qarşı hücumlar barədə Konqresə məlumat verib



 14:42 26.01.2024     266

ABŞ Prezidenti Co Bayden İraq və Suriyada İranın dəstəklədiyi milis qruplarına qarşı hücumlar barədə Konqresə məlumat verib.

Demedia.az xəbər verir ki, bu barədə Bayden yazılı açıqlama verib.

Bayden açıqlamasında İran İnqilabı Keşikçiləri Korpusuna bağlı milis qruplarının ölkəsinin İraq və Suriyadakı bazalarına hücumlar həyata keçirdiyini bildirib.

“Əvvəlki hücumlara və gələcək hücum təhlükəsinə cavab olaraq ABŞ qüvvələri İraq və Suriyadakı SEPAH və ona bağlı qruplara qarşı hücumlar həyata keçirib. İraqda hərbi əməliyyatlar aparan şəxsi heyətimizi və varlıqlarımızı qorumaq və müdafiə etmək üçün onlara göstəriş verdim” – Bayden deyib.

Bahadur Seyidov