ABŞ və İsrail arasında silah müqaviləsi imzalanıb



 14:43 26.01.2024     272

İsrail mediası ABŞ və İsrailin Təl-Əvivə çoxlu sayda F-35, F15 AI təyyarələri və “Apache” döyüş helikopterlərinin tədarükünü əhatə edən böyük silah müqaviləsi imzaladığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası Vaşinqtonla razılaşmada iştirak edən İsrailin Müdafiə Nazirliyinin rəsmilərinə istinadən məlumat verib. O bildirib ki, Qəzza zolağında davam edən müharibə zamanı ABŞ və İsrail arasında silah müqaviləsi imzalanıb. Rəsmilər Qəzzada müharibənin və şimalda Livan Hizbullahı ilə toqquşmaların davam etdiyi bir vaxtda imzalanan müqavilənin çox sayda silahı əhatə etydiyini bildirib.

Bahadur Seyidov