İsveçdən Ərdoğanın NATO-ya üzvlüyü protokolunu imzalamasına münasibət



 14:19 26.01.2024     264

İsveçin Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyü protokolunu imzalamasına dair açıqlama verib.

Demedia.az xəbər verir ki, Ulf Kristersson yazılı açıqlamada Ərdoğanın Türkiyənin İsveçin NATO-ya üzvlüyü barədə sənədi imzalamasını və sənədin Rəsmi Qəzetdə dərc edilməsini məmuniyyətlə qarşıladığını ifadə edib.

"Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiq etməsini alqışlayırıq. Beləliklə, İsveçin NATO üzvlüyünə gedən yolunda daha bir mühüm mərhələyə çatıldı" - Ulf Kristersson deyib.

Bahadur Seyidov​