Hizbullah raketə kamera qoydu - VİDEO



 22:36 26.01.2024     572

Oktyabrın 7-dən İsrailin şimalına hücum edən Livandakı Hizbullah qüvvələri bu yaxınlarda İsrailin radar bazasını “xüsusi raket” adlandırdıqları sistemlə vurub.

Demedia.az xəbər verir ki, Livan mediası raketin Rusiya istehsalı olan “Kornet ATGM” olduğunu bildirib. Raketin özəlliyi ondan ibarətdir ki, o, düşmən hədəflərinə birbaşa deyil, meylli şəkildə hücum edir. Yəni raket əvvəlcə havaya qalxır, sonra hədəfinə dalaraq partlayır.

Hədəfinə birbaşa getmədiyi üçün İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlana bilməyən Kornet raketi tank, zirehli maşın və radar stansiyaları kimi hədəfləri asanlıqla zərərsizləşdirə bilir, hətta radar sistemləri belə sistemdəki raketi aşkar edə bilmir. İsrail ordusu son zamanlar tanklarını zirehli izlə təchiz edərək bu raketə qarşı tədbir görməyə çalışıb.
İsrail mətbuatına danışan ekspertlər Hizbullahın kamera yerləşdirərək atdığı raketin İsrail ordusundakı 'Spike' raketlərinin ekvivalenti olduğunu bildiriblər.

Digər tərəfdən, yerli media radar bazasının bir müddətdir Hizbullahın qısa mənzilli İHA-larını hədəf aldığı üçün hücuma məruz qaldığını qeyd edib.

Aysun / Demedia.az