Qartal pilotsuz uçuş aparatını belə ələ keçirdi - VİDEO



 23:31 26.01.2024     626

Artvində səmada uçan qartal hücuma keçərək pilotsuz təyyarəni vurub.

Demedia.az xəbər verir ki, qartal tərəfindən pərvanəsi dağıdılan pilotsuz təyyarə hündürlüyünü itirərək yerə çırpılıb.

Artvin-Ərzurum magistralında sürüşmək təhlükəsi ilə üzləşən tunelin şəklini çəkmək istəyən İhlas Xəbər Agentliyinin (İHA) Artvin müxbirinin pilotsuz uçan aparatına qartal hücum edib. Öz ərazisindəki heç bir canlı məxluqun və ya uçan cihazın sağ qalmasına imkan verməyən qartal pəncələri ilə pilotsuz təyyarənin pərvanələrini zədələyib. Pərvanələri zədələnən pilotsuz təyyarə hündürlüyünü itirərək yerə çırpılıb. Dron yıxılaraq zədələnərkən qartalın hücumu saniyə saniyə pilotsuz təyyarənin kamerasına əks olunub.

Aysun / Demedia.az