İsrail əsgərləri daha bir fələstinlini öldürdü



 15:40 27.01.2024     208

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində basqın edərək bir fələstinlini öldürdüyü bildirilib.

Demedia.az verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti qruplarının sözügedən kənddən həqiqi güllələrlə vurulan və ağır yaralanan bir şəxsi xəstəxanaya çatdırdıqlarını açıqlayıb.

İsrail qüvvələrinin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumlarında həyatını itirən fələstinlilərin sayı son ölümlə 374-ə çatıb.