Muslera "Qalatasaray"da qalır



 15:00 27.01.2024     202

2011-ci ildən "Qalatasaray"da çıxış edən sarı-qırmızılıların kapitanı Fernando Musleranın müqaviləsi mövsümün sonunda başa çatacaq. Rəhbərlik 37 yaşlı əlcəkçinin gələcəyi ilə bağlı yeni qərar verib.

Demedia.az xəbər verir ki,"Qalatasaray" Fernando Musleraya hazırkı maaşından aşağı qiymətə yeni 1 illik müqavilə təklif edəcək. Təcrübəli əlcəyin bu təklifə necə cavab verəcəyi maraq doğurur.Fernando Muslera "Qalatasaray" forması ilə 489 matça çıxıb. Uruqvaylı Əlcək bu matçların 174-də qapını təmiz saxlayıb. 37 yaşlı əlcək 520 qol buraxıb. Musleranın "Qalatasaray" forması ilə də bir qolu var.