"Alanyaspor" və "Pendikspor" heç-heçə etdi



 23:32 27.01.2024     194

Superliqanın 23-cü həftəsində “Alanyaspor” və “Pendikspor” komandaları üz-üzə gəlib.

Demedia.az xəbər verir ki, Kırbıyık Holdinq Stadionunda keçirilən qarşılaşma 1-1 hesabı ilə bitib.İlk hissədə qol olmayıb, ikinci hissədə isə 4 dəqiqəyə 2 qol vurulub. Pendikspor 78-ci dəqiqədə Mame Tiamla hesabda önə keçib. “Alanyaspor” bu qola 82-ci dəqiqədə Leroy Ferlə cavab verib.Bu nəticədən sonra “Alanyaspor” xalını 27, “Pendikspor”un xalını 23-ə yüksəldib. "Alanyaspor" liqada gələn həftə səfərdə Kasımpaşa ilə qarşılaşacaq. "Pendikspor" öz meydanında "Adana Dəmirspor"la qarşılaşacaq.