Mali, Burkina Faso və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən çıxır



 10:18 29.01.2024     252

Mali, Burkina Faso və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən çıxmaq qərarına gəlib.

Demedia.az xəbər verir ki, üç ölkənin hazırladığı birgə bəyanata görə, Mali, Burkina Faso və Niger 15 üzvlü Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən çıxacaq. Bəyannamədə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin xarici güclərin təsiri altında olduğu və prinsiplərinə əməl etmədiyi vurğulanıb. Məlumata görə, birliyin həmlələri Mali, Burkina Faso və Nigerə qarşıdır.

Açıqlamada deyilir ki, Mali, Burkina Faso və Niger təhlükəsizliyi barədə hansısa həmləni etmək istəyəndə birliyin qanunsuz hərəkətlərinə məruz qalıb.

Bahadur Seyidov