ABŞ Böyük Britaniyaya nüvə silahı yerləşdirməyi planlaşdırır



 11:25 29.01.2024     273

ABŞ Rusiyanın mümkün hücumlarına qarşı daha bir tədbir görüb.

Demedia.az xəbər verir ki, “The Telegraph” qəzeti ABŞ-ın yenidən Böyük Britaniyaya nüvə silahı yerləşdirməyi planlaşdırdığını yazıb. Qəzet ABŞ-ın Müdafiə Nazirliyinin sənədlərinə istinadən xəbər verir ki,  ABŞ 2008-ci ildə “Soyuq müharibə” təhlükəsinin sona çatmasından sonra Böyük Britaniyadan çıxardığı nüvə başlıqlarını ölkənin şərqindəki “Lakenheath” Kral Hava Qüvvələri bazasına yerləşdiriləcək.

Xəbərdə bazada yeni obyekt üçün müqavilə bağlanacağı və yerləşdirilməsi planlaşdırılan nüvə başlıqlarının Xirosimaya atılan atom bombasından üç qat daha güclü olacağı bildirilib.

Bahadur Seyidov