İtaliyada Fələstinə dəstək nümayişləri keçirilib



 11:53 29.01.2024     246

İtaliyadakı Yəhudi İcmasının təzyiqi ilə təxirə salınan Fələstinə dəstək nümayişləri, qubernatorluqların qadağa qərarına baxmayaraq keçirilib.

Demedia.az xəbər verir ki, minlərlə insan Roma və Milanda meydanlara çıxıb .Məlumata görə, İtaliyada Yəhudi İcmasının nümayəndələri Beynəlxalq Holokostu Anma Günü olan Fələstinə dəstək yürüşlərinin qarşısının alınmasını tələb ediblər. Bildirilir ki, Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi əsas gətirərək bu yürüşləri qadağan etsə də, tələbələr, solçu qruplar İtaliyada yaşayan fələstinlilər və müsəlmanlar meydanlara çıxıblar. Paytaxt Romada toplaşan 3 mindən çox nümayişçi həm nümayiş haqqının qadağan edilməsinə, həm də İsrailin Qəzzaya hücumlarına etiraz edib. Romada və Milanda etirazçılar "Fələstinə azadlıq" şüarları səsləndiriblər.

Milanda polislə etirazçılar arasında gərginlik yaşanıb.

Bahadur Seyidov