Hizbullah İsrailə hücum edib



 12:14 29.01.2024     277

Hizbullah İsrailə qarşı hücumları ilə bağlı yazılı açıqlama verib.

Demedia.az xəbər verir ki, Hizbullah Livanın cənubundan sərhəddə yerləşən iki İsrail hərbi məntəqəsinə hücum etdiyini açıqlayıb. Bəyanatda Hizbullahın İsrailin Cəl əl-Aləm və Əl-Abad hərbi məntəqələrinə raketlərlə hücum etdiyi bildirilib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra İsrail Livan sərhədində də gərginlik artıb. İsrail ordusu ilə Hizbullah arasındakı qarşıdurmalarda indiyədək 171 Hizbullah üzvü, 30 Livan vətəndaşı, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.​

Bahadur Seyidov