İsrail və Həmas-a yeni  təklif: Atəşkəs olacaq?



 10:49 29.01.2024     279

7 oktyabrdan davam edən İsrail və Həmas arasında davam edən müharibə fonunda tərəflərə  yeni  təklif edilib.

Demedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin Misir rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, 4 aylıq atəşkəs və bütün İsrailli məhbusların azad edilməsini nəzərdə tutan yeni təklif vasitəçi ölkələr tərəfindən İsrail və Həmasa çatdırılıb.

Tərəflərə təqdim edilən yeni təklif çərçivəsində, təcili tibbi yardıma ehtiyacı olan israilli əsir uşaq, qadın və qocaların azad edilməsi üçün ilk mərhələdə hərbi əməliyyatların 6 həftə müddətinə dayandırılması nəzərdə tutulur. Bunun müqabilində İsrail xeyli sayda fələstinli məhbusu azad edəcək və Qəzzaya humanitar yardım göstərəcək. Həmçinin yardımların artırılması tələb olunub.

Məlumata görə, təklifin növbəti mərhələsində HƏMAS-a əsir əsir olan İsrail əsgərlərini, daha sonra isə kişi əsir əsgərləri azad edərək Qəzzada öldürülənlərin cəsədlərini İsrailə verməsi təklif edilib.

Bahadur Seyidov