Müharibə vaxtı orduda korrupsiya - Ölkədən qaçarkən tutuldular



 14:10 29.01.2024     310

Ukrayna Təhlükəsizlik Xidməti  ötən il Müdafiə Nazirliyi tərəfindən 40 milyon dollarlıq silah sövdələşməsində korrupsiya faktı aşkarlayıb.

Demedia.az xəbər verir ki, məsələ ilə bağlı 5 yüksək rütbəli nazirlik məmuru və silah tədarükçülərinə qarşı istintaq başladıldığı bildirilib. İddialara görə, Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri 2022-ci ilin avqustunda 100 min minaatan patronu almaq üçün müqavilə imzalayıb.

Müqavilə çərçivəsində ödəniş əvvəlcədən həyata keçirilib və pulun bir hissəsi xaricə köçürülüb. Lakin bunun müqabilində alınması planlaşdırılan minaatan mərmiləri heç vaxt Ukrayna ordusuna çatdırılmayıb.  Bildirilir ki, istintaqın məlumatına görə, mənimsəmədə Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslər və müvafiq şirkət rəhbərləri əli olub.

 Açıqlamada şübhəlilərdən birinin Ukraynadan qaçmaq istəyərkən tutularaq saxlanıldığı bildirilib.

Bahadur Seyidov