Marsda göl var - Təsdiqləndi



 15:19 29.01.2024     342

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Marsda gölün olduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, NASA Mars orbitindəki peyklərinin və səthdə araşdırma aparan "Perseverance" roverinin Marsda "Jezero Krateri" adlı hövzədə qədim gölün mövcudluğunu təsdiq edən məlumatlar topladığını açıqlayıb.

Tapıntılar elm adamlarının Marsın bəzi hissələrinin bir zamanlar su ilə örtüldüyü və mikrob həyatına malik ola biləcəyi ilə bağlı fikirlərini təsdiqləyir.

Bahadur Seyidov