ŞOK! Ölkədə sarılıq niyə yayılıb? - Hepatit A-dan necə qorunaq? -



 14:16 29.01.2024     524

Yenidoğulmuşlarda sarılıq yuxululuğun artması, nəcisin və sidiyin rənginin dəyişməsi, körpələrdə əmmədə çətinlik kimi simptomlarla özünü göstərə bilər. 

Sarılıq başdan başalyır və bütün bədənə yayılır. Artan sarılıqda əl və ayaq kimi orqanlar sarıya çevrilir. Körpələrdə gec başlayan sarılıq növü müşahidə edilirsə, bu adətən ana südü sarılığından qaynaqlanır. Bu növ sarılıq təxminən 2-3 ay davam edə bilər. Qanda bilirubinin səviyyəsi təhlükəli həddə çatmadığı müddətcə, ana südü kəsilmir. Yüksək bilirubin müalicə olunmazsa, bu, qalıcı beyin zədələnməsinə səbəb ola bilər.

Daha böyük uşaqlarda və böyüklərdə sarılığın əlamətlərini isə aşağıdakı kimi sıralamaq olar:

  • Gözlərdə və dəridə sarılıq; 
  • Qaşınma;
  • Zəiflik və yorğunluq;
  • Sidiyin qaralması;
  • Mədə ağrısı;
  • Qızdırma;
  • Çəki itkisi və s.
  • Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

    Rəna İsmayılova / Demedia.az