Aptekin yolunu unudun! Təbii antibiotik bu imiş... - Video



 14:27 29.01.2024     490

Propolis qədim zamanlardan insanların xəstəliklərini sağaltmaq üçün istifadə edilən faydalı təbii məhsuldur.

Propolis yunanca “qorunan bölgə”anlamındadır. Arılar ilə bu söz arasında əlaqə qurulduğunda balı qorumaq üçün istehsal edilən maddə nəzərdə tutulur. Çox vaxt nektar ilə qarışdırılan propolis, əslində, arı yuvasındakı istiliyi nizamlamaq, balı qorumaq üçün arılar tərəfindən istehsal olunur. Propolisin insan orqanizminə faydaları çoxdur: 1. İmmuniteti möhkəmləndirir. Propolisdə immuniteti möhkəmlədən birləşmələr var. Bu sayədə propolis orqanizmin xəstəliklərə qarşı müqavimət gücünü artırır. Antioksidantlarla zəngin olması imkan verir ki, propolis sərbəst radikallarla mübarizə aparsın. Sərbəst radikallar hüceyrə miqyasında xəsarətə yol aça bilir və immunitetin zəifləməsinə səbəb olur. Antioksidantlar bu xəsarəti azaldır, immunitetin sağlam qalmasına vəsilə olur; 2. Ürək-damar sisteminin sağlamlığını qoruyur. Propolis antioksidantlar, flavonoidlər, fenol birləşmələri ilə zəngindir. Bunlar hamısı birlikdə ürəkdə hər hansı bir problemin yaranmasına mane olurlar. Antioksidantlar sərbəst radikalları neytrallaşdırır, oksidativ stressi azaldır, ürəyin sağlamlığını dəstəkləyir. Flavonoidlər isə damarların ölçülərinin dəyişməsinə-daralmasına və ya genişlənməsinə mane olur, həmçinin, qan təzyiqini nizamlayır;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az