Həftədə 1 dəfə lazımdır - Ürək 100 il işləyəcək - Video



 17:01 29.01.2024     552

İnsanın həyat keyfiyyəti məhz ürək damarlarının xəstə olub-olmamasından asılıdır. Ürəyi möhkəmləndirmək, infarktdan və digər riskli xəstəliklərdən qaçmaq üçün, gərək, ürəyin qeydinə qalasınız.

Məsələn, ürəyi fiziki cəhətdən yormayasınız, hədsiz narahatlıq keçirməyəsiniz, pis vərdişləri tərgidəsiniz, ən əsası isə, düzgün qidalanasınız. Düzgün qidalanma ürək-damar xəstəlikləri riskini aşağı salır.Ürəyinizin saat kimi işləməsini istəyirsinizsə, pis vərdişlərdən imtina edin və özünüzə gündəlik fiziki aktivlik qrafiki qurun. Amma unutmayın ki, ürəyə ən çox zərər vuran qeyri-düzgün qidalanmaqdır. Məsələn; çox yağlı yeməklər, qızardılmış ət və ya həddən artıq süd məmulatları pis xolesterolun səviyyəsini yüksəldir. Xolesterol isə ürək divarına ziyandır. Pis xolesterolun yüksələn səviyyəsi ürək-damar xəstəliklərinə stimul verir. “Qeyri-düzgün qidalanma” deyəndə bunlar nəzərdə tutulur: -meyvə və tərəvəzlərin çox az miqdarda qəbulu; -giləmeyvələrin lazımi qədər yeyilməməsi -duzlu və yağ turşuları ilə zəngin olan qidaların həddən ziyadə qəbulu; -qida balansının pozulması; -qida vərdişinin dəyişməməsi nəticəsində yığılan artıq çəki;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az