Bədəniniz şiddətli qaşınırsa... - Çarəsini biləcəksiz - Video



 14:35 29.01.2024     525

Eqzema fərqli səbəblərlə ortaya çıxa bilən dəridə qızarıqlıq, qaşıntı kimi əlamətlərlə ortaya çıxan dəri xəstəliyidir.

Eqzemanın xronik halı, qaşıntılı olaraq özünü göstərir. Həmin nahiyənin qaşınması ilə birlikdə tez zamanda çatlayan qalın dərilər də yaranmağa başlayır. Xəstəliyin akut formasında isə dəridə maye dolu qabarcıqlar olur. Bununla yanaşı qızarıqlıq, qaşıntı, şişkinlik də müşahidə edilir. Orqanizmdən asılı olaraq fərqli səpkilər də yarana bilər. Əsas əlamətləri nədir? – Şiddətli qaşıntı; – Qızarıqlıq, yanma hissi; – Dəridə qabıqlanma – Bəzi növlərdə dəri qalınlaşaraq qabıq verir; – Rəng dəyişikliyi yaranır; – Dəridə çatlaqlar yaranır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az