Tüklənmə, halsızlıq, yorğunluq.../ Endokrin sonsuzluq və səbəbləri - Video



 17:30 29.01.2024     532

Endokrin səbəblərdən ilk öncə ən sıx rast gəlinəni tiroid hormon funksiyalarının pozğunluqlarıdır. Bunlara hipotireoz və hipertireoz dediyimiz hallar aiddir.

Hipotireoz tiroid hormonlarının azalmış funksiyasını göstərən xəstəlikdir. Bunlar da bir sıra səbəbdən yarana bilir. Tiroidit, xronik tiroidit fonunda yaranan hipotireoz ən sıx rastlaşdıqlarımızdandır. Və hipotireozu olan şəxslərdə aybaşı pozğunluqları, ovulyasiyanın olmaması halı görülür ki, bu da qadınlarda sonsuzluğa səbəb olur. Digər tiroid hormon funksiyalarının pozulması isə artmış tiroid hormonlarıdır. Bu da hipertireoz dediyimiz haldır. Burada da yenə bilavasitə olaraq qanaxma pozğunluqlarına, menstrual tsiklda dəyişikliklərə səbəb olur və nəticədə sonsuzluğa gətirib çıxarır. 

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az