Hər şey mindiyi taksidə başladı! - Hindistanda modelyer idi, sevgisi üçün...



 23:09 29.01.2024     672

İstanbulda taksi sürərək çörəkpulu qazanan 28 yaşlı Mustafa İyigün təxminən bir il əvvəl müştəri kimi taksiyə minən 30 yaşlı hindistanlı Meenakshi Patellə tanış olub.

Demedia.az xəbər verir ki, bir illik görüşdən sonra Mustafa İyigün və Meenakşı Patel evlənmək qərarına gəlib. Hindistana gedən Mustafa İyigün və Meenakşı Patel 2023-cü il dekabrın 11-də Mumbayda ölkə adət-ənənələrinə uyğun mərasimlə evləniblər.

Minlərlə kilometr uzaqlıqdan Qaziantepə gələn Meenakshi Patel Şahinbey Bələdiyyəsi Toy Sarayında toy mərasimindən sonra Mustafa İyigün ilə evlənib.

Həyat yoldaşı Meenakshi Patelin türkcə az danışdığını və hazırda tərcümə proqramları vasitəsilə bir-birləri ilə ünsiyyət qurduqlarını deyib: 

"İngilis dilini dəqiq bilmirəm, amma onun sayəsində ingilis dilim çox yaxşı inkişaf edəcək. Ünsiyyət baxımından biz çox yaxşı anlaşırıq, əsasən ingiliscə tərcümə proqramları vasitəsilə".

Aysun / Demedia.az