Günün mühüm oyunu - "Qalatasaray"ı nə gözləyir?



 20:15 29.01.2024     271

Trendyol Superliqasında "Qalatasaray" öz meydanında "Qaziantep FK"nı qəbul edir.

Demedia.az xəbər verir ki,RAMS Parkda saat 20.00-da başlayacaq matçdan əvvəl Fernando Muslera ilə bağlı bir inkişaf yaşanmışdı.

Təcrübəli qapıçı qripə yoluxmuşdu. Musleranın Qaziantep FK matçında oynayıb-oynamayacağı matç saatında müəyyənləşəcək.Bu mövsüm Muslera yalnız kart cəzası səbəbindən Fatih Karagümrük matçında iştirak etməyib. Muslera bu mövsüm ümumilikdə 33 matçda meydana çıxıb və 13 matçda qapısını təmiz saxlayıb.

Aysun / Demedia.az