Çexiya ABŞ-dan F-35 təyyarələri alır



 09:12 30.01.2024     298

Çexiyanın müdafiə naziri Jana Vernochova ABŞ-ın Praqadakı səfiri Bijan Sabet ilə 24 ədəd F-35 qırıcısı almaq üçün müqavilə imzalayıb.

Demedia.az xəbər verir ki, nazir Vernochova və səfir Sabet paytaxt Praqada görüşüblər. Görüşdə 24 ədəd F-35-in satışı ilə bağlı müdafiə müqaviləsi imzalanıb.Ölkə tarixində ən yüksək müdafiə xərcləri olaraq xarakterizə edilən müqavilə çərçivəsində Çexiya sözügedən döyüş təyyarələri üçün ABŞ-a təxminən 6,5 milyard dollar ödəyəcək.

Sözügedən döyüş təyyarələri hazırda ölkədə istifadə olunan İsveç istehsalı olan “Saab JAS 39 Gripen” model təyyarələrini əvəz edəcək.

Bahadur Seyidov